Audiovizual Şura bu ilin yanvar-iyun ayları üzrə media monitorinqinin nəticələrini Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edib.
"Yeni Sabah" xəbər verir ki, monitorinqlərə əsasən, hesabat dövründə dövlət qurumlarının təqdim etdiyi maarifləndirici sosial çarxlar televiziya kanallarında ümumilikdə 7 389 dəfə yayımlanıb. Bundan əlavə, mövzu ilə bağlı sahəvi ekspertlərin iştirakı ilə 64 xüsusi veriliş təşkil edilib.
Narkomanlığın zərərini işıqlandıran müəllif süjetlərinin hazırlanması ilə yanaşı, "802-Qaynar xətt" xidmətinin fəaliyyətinə dair sosial çarx ümumölkə və regional radiolarda 10 146 dəfə səsləndirilib. Sezar pizza
Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatına görə, yazılı və onlayn media da prosesə aktiv cəlb olunub. Narkomanlığa qarşı mübarizə mövzusunda 16 qəzetdə və 34 veb-saytda ümumilikdə 10 176 maarifləndirici material dərc edilib.
Telegram kanalımız