Müğənni Şakira 230 min dollarlıq yaxtada istirahət edərkən görüntülənib.
Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, yenicə boşanmış 46 yaşlı sənətçi Mayamidə dostları ilə birlikdə "Mastercraft X24" gəmisində istirahət edir. Yaxtanın qiyməti 230 min dollardır.
Eyni zamanda, Barselonada müğənnini İspaniya vergi idarəsi 4 cinayətdə ittiham edildi. İddialara görə, Şakira 2012, 2013 və 2014-cü illər üzrə gəlir və əmlak bəyannaməsini təqdim etməyib və vergi tutulan vəsaitləri ofşor hesablara köçürüb. Dördpendirli pizza
Yüzlərlə şahidin ifadə verəcəyi ümumilikdə 12 məhkəmə iclası təyin edilib.
Telegram kanalımız