Salyanda 15 yaşlı qızı ərə vermək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Salyanda 15 yaşlı qızı ərə vermək istədilər

Sosial

11 Oktyabr 2022 10:47 827


Polis Salyanda yetkinlik yaşına çatmayan qızın ərə verilməsinin qarşısını alıb.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Seydan kənd sakini Şəhriyar Quliyevin 2007-ci il təvəllüdlü qızı ilə 1999-cu il təvəllüdlü həmkəndlisi arasında Qarabağlı kəndində yerləşən şadlıq sarayında toy mərasimi təşkil etmək istəməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan isə bildirilib ki, dərhal Salyan RPŞ tərəfindən məsələyə müdaxilə edib: Marqarita pizza

“Polis əməkdaşları hər iki tərəfin valideynləri ilə görüşüb. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb. Azyaşlının nikaha girməsinin ciddi qanun pozuntusu olması onların nəzərinə çatdırılıb. Bununla da toy mərasimin qarşısı alınıb. Hər iki tərəf polis əməkdaşlarının xəbərdarlığını anlayışla qarşılayıblar. Valideynlər söz veriblər ki, qız yalnız 18 yaşına çatandan sonra toy mərasimi təşkil olunacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!