Salyanda 46 yaşlı qadını maşın vurdu
23 Sen 2020 00:23
230

Salyanda 46 yaşlı qadını maşın vurdu

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Ərəbqardaşbəyli kəndində baş verib.

Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 1974-cü il təvəllüdlü Babayeva Sahilə Şaban qızı yolda dayanan zaman onu “Jiquli” markalı avtomobil vurub. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər