Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
Onların ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlər Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri - 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır. Pepperoni pizza
Faktla bağlı araşdırma başlanılıb.
Telegram kanalımız