Sanah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sanah hava necə olacaq?

Sosial

12 Aprel 2022 12:52 1359


Sabahın hava proqnozu açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, Bakıda gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq. Dördpendirli pizza

Azərbaycanın rayonlarında Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!