Şantajda ittiham olunan polis danışdı:   “Videonu mən paylaşmamışam”  

saytların hazırlanması

Evə çatdırılma

Şantajda ittiham olunan polis danışdı: “Videonu mən paylaşmamışam”  

Sosial

04 İyul 2022 11:59 1391


Bir neçə gün öncə “TikTok” sosial şəbəkəsində pişiklə intim görüntülərin yaymaması qarşılığında külli miqdarda pul tələb edilməsi ilə bağlı videogörüntü yayılıb.

İddiaya görə, pul tələb edən Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis leytenantı Tural Musayevdir. Onun guya şantaj etdiyi şəxs isə şəhər sakini Teymur Əsgərovdur.

Yayılan videoda Teymur Əsgərov bildirir ki, Tural Musayev bu görüntülərin “TikTok” sosial şəbəkəsində paylaşmaması müqabilində külli miqdarda pul istəyib. Əsgərov ona bu pulu vermə imkanının olmadığını deyib.   pizza

Vətəndaş iddia edir ki, nəticədə polis leytenantı onun intim görüntülərinin bir neçə yerdə paylaşıb. Buna görə də Teymur Əsgərov ölkəni tərk edərək Ukraynaya gedib.

Yenisabah.az-a açıqlamasında DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı qarşı tərəfdən izahatı alınıb:

“Teymur Əsgərov izahatında heç bir şikayətinin olmadığını, görüntünün özü tərəfindən çəkildiyini bildirib. Hazırda həmin şəxs videogörüntünü paylaşan səhifəni məhkəməyə verməyə hazırlaşır”.

Mövzuya ittiham olunan şəxs – polis əməkdaşı Tural Musayev də münasibət bildirib: 

“Səsləndirilən iddialar yalandır. Heç bir fakta söykənmir. Bununla bağlı araşdırmalar aparılıb və işə xitam verilib”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!