“Sara Xatun” 4 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Sara Xatun” 4 min manat cərimələndi

Sosial

15 Noyabr 2021 15:46 1738


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, aparılan yoxlamalar zamanı Cəlilabad şəhəri ərazisində yerləşən “Sara Xatun” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilməyən say həddindən çox olması halı aşkarlanıb. Dördpendirli pizza

Həmin restoranın icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat cərimə olunub.

Karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Alar kəndində fərdi yaşayış evlərindən birinin həyətində təşkil edilən toy zamanı da iştirak edən qonaqların müəyyən edilməyən say həddindən çox olduğu aşkarlanıb.

Həmin məclisin təşkilatçısı E.Abışov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimə olunub


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!