“Sara xatun”un botoksları müzakirə yaratdı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Sara xatun”un botoksları müzakirə yaratdı - FOTO

Şou

09 Dekabr 2025 12:28 823


“Mehmed: Fetihler Sultanı” serialına yeni bir aktrisanın qatılacağı məlum olub.

"Yeni Sabah" xəbər verir ki, məşhur “Yeşilçam” ulduzu Selma Güneri layihədə Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsənin anası Sara xatun obrazını canlandıracaq.

Bu seçim sosial mediada müzakirələrə səbəb olub və bir çox izləyici narazılığını ifadə edib. Tənqidçilər Azərbaycanın ilk qadın diplomatlarından sayılan Sara xatunu müasir estetik müdaxilələrə məruz qalmış bir aktrisanın canlandırmasınıməqsədəuyğun saymayıblar. Toyuqlu pizza

Şərhlərdə “Tarixi dəyərlərlə yaşamayanların çəkdiyi seriallar botoks və estetikli simalarla doludur”, “Xahiş edirik, qadının üzündə botoksdan tutmuş dartılmaya qədər hər şey var. Tarixi layihələrdə bu cür aktrisalardan istifadə edilməməlidir, serialın ruhunu pozur” kimi fikirlərə tez-tez rast gəlinib.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!