Səbail rayonunda Novruz şənliyi keçirilib - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Səbail rayonunda Novruz şənliyi keçirilib - Fotolar

Sosial

26 Mart 2022 09:11 404


Bakı şəhərində keçirilən Novruz tədbirləri çərçivəsində paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz bayramı böyük təntənə ilə qeyd edilib.

Yenisabah.az xəbər verir ki, bayram tədbirində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, iştirak ediblər.

Bayram tədbirində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində Novruz bayramının artıq ikinci ildir ki, 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunduğu, bayram tonqallarının Qarabağda – Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirib. Pepperoni pizza

Rayon sakinləri üçün konsert, həmçinin rəqs kollektivlərinin və Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunmuşdur. Tədbirin əvvəlində Vətən müharibəsi qaziləri möhtəşəm Novruz tonqalını alovlandırıblar. Sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!