“Şəhər əri ola-ola kişi axtaran qadınlarla doludur“ -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Şəhər əri ola-ola kişi axtaran qadınlarla doludur“ - VİDEO

Şou

23 İyun 2026 09:24 4319


Aparıcı Şəbnəm Naibli qadın-kişi münasibətlərindəki yanaşmaların dəyişdiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, əvvəlki dövrlərlə müqayisədə bu gün qadınların kişilərlə tanış olmağa daha çox təşəbbüs göstərdiyini bildirib.

Ş.Naiblinin sözlərinə görə, bu sırada evli qadınlar da az deyil: Marqarita pizza

“Əvvəllər oğlanlar qızlarla tanış olmaq üçün onların arxasınca düşürdülər. Bu gün isə qızlar daha çox oğlanlarla tanış olmağa meyillidirlər, küçələr belə hallarla doludur. Bilirsiniz, bunlar daha çox kimlərdir? Evli qadınlar. Öz ərinə dözə bilməyənlər gedib başqasının ərinin nazını çəkirlər. Bu, mənim açıq bəyanatımdır.

Bu gün şəhərdə elə qızlar var ki, 4-5 nəfər bir masada oturur, yanlarında bir oğlanla əyləşən kimi yan masadan ona elə baxırlar ki, sanki gözləri ilə yeyirlər. Şəhərdə bəzi kafelərə baxsanız, bunu açıq şəkildə görə bilərsiniz. Qızların əksəriyyəti şəhərə çıxır ki, loru dillə desək, özünə oğlan tutsun.

 

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!