Şəhid baş leytenant Mixail Həmidov anıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhid baş leytenant Mixail Həmidov anıldı - Fotolar

Maraqlı

23 Oktyabr 2023 13:00 1211


Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Həmidov Mixail Hamlet oğlunun anım günü qeyd edilib. 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə" medallarına layiq görülən şəhid baş leytenant Həmidov Mixail Hamlet oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhidin məzun olduğu 278 saylı tam orta məktəbin kollektivi Şəhidin II Fəxri Xiyabanda məzarını ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!