Şəhid pilotumuzun anım mərasimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid pilotumuzun anım mərasimi keçirildi

Sosial

25 İyul 2021 17:26 895


Azərbaycan Hərbi Tarixi muzeyində şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, respublikanın mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən şəhidin xidmət yoldaşları, ailə üzvləri, kütləvi informasiya vasitələrinin əməkdaşları və digər qonaqlar iştirak edib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhid pilot polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açıblar. Anım mərasimində xidmət yoldaşları şəhid pilotla bağlı xatirələrindən danışıblar. Dördpendirli pizza

Mərasim R.Atakişiyevin həyat və döyüş yoluna həsr olunmuş “Sonuncu uçuş” adlı sənədli filmin nümayişi ilə davam edib. Mərasimdə Xalq artisti Fidan Hacıyevanın ifasında Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş “Yolun düşsə, bu yerlərə bir də gəl” mahnısı səslənib.

Anım mərasimi bədii hissənin təqdimatı və şəhidə həsr olunan sərginin nümayişi ilə sona çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!