Şəhid polisin qızı oldu

saytların hazırlanması

Evə çatdırılma

Şəhid polisin qızı oldu

Sosial

01 Fevral 2024 17:08 534


Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib. 

Yenisabah.az xəbər verir ki, Bakıda doğulan körpəyə Humay adı verilib. 

Humayın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.  pizza

Qeyd edək ki, X.Zamanov 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!