Şəhidimizin xanımı da tələbə adını qazandı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhidimizin xanımı da tələbə adını qazandı - Fotolar

Sosial

04 Sentyabr 2021 12:37 1479


Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova da tələbə adını qazanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə şəhidin xanımı feysbuk hesabında paylaşım edib.

O bildirib ki, “Odlar Yurdu” Universitetinin “Mühasibat” fakültəsinə daxil olub: “Oxumaq heç zaman gec deyil. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun. Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram. Şəhidin dünyaya təsiri bu olsa, gərək…”. Sezar pizza

Qeyd edək ki, Fariz Həsənov Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!