Şəkidə kəndlə əlaqə təmin edilib.
Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bu gün səhər saatlarından etibarən Cunud kəndindən keçən Qara çayda bərpa işlərinə başlanılıb.
Sel sularının yuyub apardığı çay üzərində olan keçid bərpa olunub və hazırda minik avtomobili və piyadaların hərəkəti üçün heç bir problem yoxdur. pizza
Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, dünən axşam saatlarında Şəkinin Cunud kəndi ərazisindən axan Qaraçay çayına sel gəlməsi nəticəsində kəndlə Şəki şəhərinin əlaqəsi kəsilmişdi.
Telegram kanalımız