Şəmkirdə maşın vuran piyada xəstəxanada öldü
15 Dek 2019 21:49
113

Şəmkirdə maşın vuran piyada xəstəxanada öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, rayonun Düyərli kəndində yolu keçmək istəyən 1965-ci il təvəllüdlü sakin Cəmallədin Rüstəmov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.  /qafqazinfo



Oxşar xəbərlər