Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan azyaşlı xəstəxanada ölüb.
"Yeni Sabah" xəbər verir ki, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qəza zamanı xəsarət alan 2021-ci il təvəllüdlü Q. Aslanovun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, “VAZ-2106” markalı avtomobillə “KİA” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Toyuqlu pizza
Telegram kanalımız