Şənbə günü hava necə olacaq? 

saytların hazırlanması

Evə çatdırılma

Şənbə günü hava necə olacaq? 

Sosial

17 Noyabr 2023 13:06 433


Bakıda və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.  pizza sifarişi

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!