"Bu gün özünü millət üçün gözyaşı tökən hesab edənlər əslində, düşməni xalqa qarşı sanksiya dairəsini sərtləşdirməyə, alimlər əleyhinə sui-qəsd törətməyə, iqtisadi təzyiqlərin davam etdirməyə, hətta hərbi hücuma sövq edənlərdir".
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında deyilir.
Ölkədə baş almış etiraz aksiyalarına münasibətində "Sepah"ın polis komandanlığını "fədakar səylərini sistemin, dövlətin nüfuz və təhlükəsizliyinin təminatçısı kimi" tanıdığını qeyd edib. Dominos pizza
Bəyanatda "şər məqsədlərinə can atmağa and içmiş xarici düşmənlərin və daxili fırıldaqçıların kin və bədxahlığı" pislənir.
Sonda Məhsa Əmininin ailəsinə və yaxınlarına başsağlığı ifadə edilir. Həmçinin, "məhkəmə orqanlarından virtual və real məkanda şayiə yayanlar və yalançılara qarşı qəti, ədalətli və ibrətamiz şəkildə rəftar edilməsi xahiş olunur".
Telegram kanalımız