İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Aviv Koçavi “İsrail İrana hücuma hazırlaşmaqda davam edir, o hadisələrin istənilən inkişafına və istənilən ssenariyə hazır olmalıdır. İranın nüvə proqramına qarşı hərbi variant hazırlamaq mənəvi borc və milli təhlükəsizlik zərurətidir”, - deyib.
Bu təhdid nə dərəcədə realdır? Dünyanın başının Ukrayna-Rusiya müharibəsinə qarışdığı bir zamanda İsrail-İran müharibəsi ola bilərmi?
Mövzunu şərh edən politoloq Fərhad Mehdiyev Yenisabah.az-a açıqlamasında İsrailin İrana hücum ehtimalından danışıb. Dördpendirli pizza
“İsrail İrana o zaman hücum edə bilər ki, tam olaraq İranın nüvə başlıqlarının hazırlandığı zavodların yerlərindən və uran elementinin nə qədər olduğundan əmin olsun.
Hazırda isə İsrailin əlində nə dərəcədə düzgün məlumatlar olduğu heç kimə məlum deyil.
Buna görə də heç kəsə müharibənin nə qədər real göründüyü məlum deyil.
İsrailin əlində tam əmin olduğu məlumatlar olduqdan sonra isə yalnız nüvə silahlarının hazırlandığı yerlərə hava üzərindən qırıcılar və raketlər vasitəsilə hücum edə bilər.
İsrail bu cür hücumları Suriya və İraqda həyata keçirib.
İsrailin İrana hücum etmək istəməsinin yeganə səbəbi İranın nüvə silahına sahib olmasını istəməməsidir.
Böyük ehtimalla deyə bilərəm ki, İsrailin İrana hücum etməsinin arxa planında ABŞ-ın İranı cəzalandırmaq istəyi durur”.
Nəsimi Ələsgərli
Telegram kanalımız