Səudiyyə şahzadəsi Londondakı hoteldə ölü tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə şahzadəsi Londondakı hoteldə ölü tapılıb

Dünya

23 İyul 2026 23:59 83


Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səudun uzaq qohumu olan səudiyyəli şahzadələrdən biri keçən ilin noyabrında Londonun elitar hotelində ölü tapılıb, lakin bu barədə yalnız indi məlum olub.

"Yeni Sabah" xəbər verir ki, ölümə spirtli içki ilə birlikdə həddindən artıq dozada narkotik qəbul edilməsi səbəb olub.

Məlumata əsasən, xadimə 29 yaşlı şahzadənin cəsədini Kensinqton rayonundakı "Marriott" mehmanxanasının bahalı nömrəsinin hamam otağında aşkarlayıb. İddialara görə, mərhumun qanında böyük miqdarda spirtli içki və narkotik maddələr tapılıb. Toyuqlu pizza

Məhkəmə araşdırması zamanı şahzadənin asılılıqdan əziyyət çəkdiyi məlum olub. O, ölümündən üç ay əvvəl Londonun nüfuzlu klinikalarından birində müalicə alıb. Meyitin yarılması nəticəsində məlum olub ki, ölüm eyni vaxtda narkotik və spirtli içki qəbulunun səbəb olduğu ürək çatışmazlığı nəticəsində baş verib.

Həyatını itirən şəxsin Abdulla bin Fəhad bin Abdulla bin Əbdüləziz bin Cəlavi əl-Səud olduğu müəyyən edilib.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!