Əməkdar artist Münəvvər Əliyeva sevimli ev heyvanın itkisinə dair kövrək paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, itinin itkinliyinə üzülən “Azdrama” aktrisası kimi, bir çox tanınmış mənzilində “dost” saxlayır.
Müğənnilər, adətən, sevimli it və pişiklərinə dair daha çox paylaşım edir. pizza sifarişi
Son illərdə bir sıra tanınmış sima sevimli ev heyvanlarını itirməsi, yaxud ölümü ilə bağlı “kədərli xəbərlər”lə yayıb.
Müğənni Elvin Babazadə, Damla və Əməkdar artist Elza Seyidcahanın sevimli pişiklərinin vəfatı ilə bağlı qəm dəryasına batıb.
Ümumiyyətlə, şou-biznes nümayəndələri arasında ev heyvanı saxlayan məşhurların sayı kifayət qədər çoxdur. Xalq artisti Aygün Kazımova it saxlayır. Fitnes məşqçisi Kamil Zeynallı da eyni heyvana sevgisi ilə seçilir. Safura Əlizadə, Zamiq Hüseynov, Zülfiyyə Xanbabayeva, Samirə Səlimova, Səidə Sultan və müğənni Aysel Əlizadə də bu sırada yer alır.
Aktrisa Məleykə Əsədova isə evində həm pişik, həm də akvarium balıqları bəsləyir.
Bu dəbindin ictimai siyasi xadimlər arasında da olması təəccüblü deyil. Onların arasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun adı ilk sırada durur. Mərdəkandakı bağ evində saxladığı alman çoban iti (“ovçarka”) itdikdə sabiq nazir “Facebook”da elan da vermişdi.
Cəlalə Cəlalqızı
Telegram kanalımız