Şeyx Əbdül “TikTok” açmadığını demişdi – İndi ilk videosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Əbdül “TikTok” açmadığını demişdi – İndi ilk videosu yayıldı

Şou

16 İyul 2026 12:17 225


Əbdül Mahmudovun (Şeyx Əbdül) “TikTok” hesabı ilə bağlı aylar əvvəl dediyi yalan çıxıb.

“Yeni Sabah” xəbər verir ki, bu ilin may ayında sosial şəbəkələrdə onun hesab açdığı barədə məlumat yayılmışdı.

Həmin vaxt 82 yaşlı  rejissor "abdul.mahmudov3" adlı hesabın özünə məxsus olduğunu qəti şəkildə təkzib etmişdi: Marqarita pizza

“Bunu birinci dəfə eşidirəm. Vallah açmamışam. Heç necə açırlar onu belə bacarmıram. Ümumiyyətlə, bu barədə düşünməmişəm. Yalan söhbətdir. Ancaq yaxşı ideyadır, açmaq olar”.

Buna baxmayaraq, aradan keçən müddətdə sözügedən hesab aktivləşib. Hazırda "abdul.mahmudov3" istifadəçi adı ilə fəaliyyət göstərən hesabda Şeyx Əbdülün özünün yer aldığı ilk video paylaşılıb.

Hesabı 80 nəfəri izləyir, özünün də 118 izləyicisi var. Videoya baxış sayı və izləyici sayı hələlik yüksək olmasa da, hesabın  istifadə olunmağa başladığı görünür.

Ə.Mahmudov ötən illərdə “TikTok” platformasına münasibətini də sərt ifadələrlə bildirmişdi. Xalq artisti qeyd etmişdi ki, həmin platformada milli-mənəvi dəyərlərimiz, tariximiz və ideologiyamızla bağlı xoşagəlməz paylaşımlar üstünlük təşkil edir və buna görə də “TikTok”u arzuolunan platforma hesab etmir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!