Şeyxin bu səlahiyyətləri əlindən alınır

saytların hazırlanması

Evə çatdırılma

Şeyxin bu səlahiyyətləri əlindən alınır

Sosial

26 Yanvar 2022 13:31 1050


İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər.

Yenisabah.az xəbər verir ki, bununla bağlı məsələ “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Marqarita pizza

Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sabah keçirilən iclasında müzakirə edilməsi nəzərdə tutulur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!