Sığorta sahəsində  yenilik: Vətəndaş özü seçəcək

saytların hazırlanması

Evə çatdırılma

Sığorta sahəsində yenilik: Vətəndaş özü seçəcək

Sosial

15 Dekabr 2023 17:03 541


"2024-cü ildə sığorta sektorunda bir sıra yeniliklər və dəyişiklər gözlənilir". 

Yenisabah.az xəbər verir ki, bunu sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyib.

Onun sözlərinə görə, qanunvericikdə bununla bağlı dəyişiklik ediləcək: pizza hut

"İxtisaslaşma ilə bağlı müstəqil ekspertlərin attestasiyaya cəlb olunması nəzərdə tutulur. Bununla da sığorta məsələlərində anlaşmazlıq yaşanarsa, vətəndaşlar müəyyən siyahıda qeyd olunan ekspertlərdən birini seçmə imkanını əldə edəcəklər.

Dəyişikliyin üstün cəhəti sığorta ödənişləri ilə bağlı ədalətliliyin təmin olunmasındadır. Amma eksperti vətəndaşın şəxsən özünün seçməsi çox mühüm rol oynayır. Bu dəyişiklikdən əvvəl eksperti sığorta şirkəti təyin edirdi. Yenilik vətəndaşların hüquqları ilə bağlı məsələlərdə daha effektiv təsir göstərəcək”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!