Şimali Makedoniyada 3 mindən çox insan sudan zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Makedoniyada 3 mindən çox insan sudan zəhərləndi

Dünya

21 İyul 2026 19:07 112


Şimali Makedoniyada ölkənin şimalındakı Qostivar şəhərciyində 3 mindən çox insan zəhərlənib, bunun səbəbinin əhaliyə verilən suyun bakterial çirklənməsi olduğu hesab edilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Şimali Makedoniya Səhiyyə Nazirliyinin son məlumatlarına görə, problem aşkar edildiyi vaxtdan indiyədək Qostivarın su kəmərində suyun bakterial çirklənməsi səbəbindən 3 150 insanın səhhətinin pisləşməsi halı qeydə alınıb, 4 nəfərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb. Dördpendirli pizza

Qostivar Prokurorluğu su təchizatına cavabdeh olan "Komunalets" müəssisəsinin direktoru və daha iki texniki rəhbəri barəsində, onların səhlənkarlığı səbəbindən 22 gün ərzində su kəmərinə təhlükəli suyun daxil olması şübhəsi ilə iş açıb. Vəzifəli şəxslər həbs ediliblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!