Sistemdən sonra ölən şagirdlə bağlı rəsmi açıqlama
14 Yan 2020 16:41
163

Sistemdən sonra ölən şagirdlə bağlı rəsmi açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

"Yeni Sabah"ın xəbərinə görə, TƏBİB-dən daxil olan məlumatda bildirilir ki, yanvarın 11-də saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib.

Uşaq valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.  

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər