Skandinaviya ölkəsi 4 günlük iş rejiminə keçdi
17 Sen 2019 17:38
204

Skandinaviya ölkəsi 4 günlük iş rejiminə keçdi

Danimarkanın Odsherd bələdiyyəsi 4 günlük iş rejimi barədə qərar qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bələdiyyə işçiləri həftə sonundan etibarən cümə, şənbə və bazar günləri istirahət edəcək. İş günü azalsa da, iş saatı əvvəlki kimi 35 saata bərabər olacaq və vətəndaşlar iş saatları xaricində işçilərə zəng edərək problemlərini həll edə biləcəklər.

Paytaxt Kopenhagendən 80 km məsafədə yerləşən Odsherd bələdiyyəsində 300 nəfər çalışır. Bələdiyyə Danimarkada 4 günlük iş rejiminə keçən ilk qurumdur.

Qeyd edək ki, ötən günlərdə İsveçdə oxşar qərar qəbul edilmişdi.

Oxşar xəbərlər