Şölen-in qlobal brendi Ozmo Azərbaycanda anaların rəğbətini qazandı

saytların hazırlanması

Evə çatdırılma

Şölen-in qlobal brendi Ozmo Azərbaycanda anaların rəğbətini qazandı

Sosial

07 Sentyabr 2026 16:54 95


Biscolata, Luppo və Nutymax kimi qlobal brendlərini 5 qitədə 120 ölkədə istehlakçılara təqdim edən Şölen Çikolata Bakıda media nümayəndələri, influenser analar və uşaqlar üçün xüsusi tədbir təşkil edib. Tədbir JW Marriott Absheron Baku Hotel-də keçirilib.

Tədbirin açılışında çıxış edən Şölen Çikolata-nın CEO-su Erdoğan Çoban Ozmo brendinin Azərbaycanda əldə etdiyi nəticələr və şirkətin qarşıdakı dövr üçün hədəfləri barədə danışıb.

“Şölen olaraq 26 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstəririk. Ozmo Şölen-in ən güclü qlobal brendlərindən biridir. Fəaliyyət göstərdiyimiz bəzi ölkələrdə Ozmo həm bazar lideridir, həm də uşaqlar üçün qəlyanaltılar kateqoriyası ilə eyniləşən brendə çevrilib. Azərbaycan isə Ozmo-nun qlobal satışlarında birinci yerdədir və burada brend böyük fərqlə bazar lideridir. Hətta Ozmo adı artıq kateqoriyanın özü ilə assosiasiya olunur. Dominos pizza

Bu güclü göstəricilər Azərbaycan bazarının Şölen üçün yalnız kommersiya baxımından deyil, həm də brendin uzunmüddətli inkişaf strategiyası baxımından nə qədər vacib və prioritet olduğunu nümayiş etdirir. Hazırda Azərbaycan üzrə 8 mindən çox satış nöqtəsində istehlakçılara 57 müxtəlif Ozmo məhsulu təqdim edirik. Güclü distribusiya şəbəkəmiz sayəsində məhsullarımız yalnız böyük şəhərlərdə deyil, ölkənin müxtəlif bölgələrində də geniş şəkildə əlçatandır”, – deyə Erdoğan Çoban bildirib.

Şölen-in Azərbaycandakı əməliyyatları son 10 ildə ildə orta hesabla 15% böyüyüb

Şölen-in Azərbaycandakı fəaliyyətinin son 10 ildə ildə orta hesabla 15% artdığını qeyd edən Erdoğan Çoban bildirib ki, bu dinamika şirkətin bazara uzunmüddətli yanaşmasının nəticəsidir.

“Bu artım bazara uzunmüddətli yanaşmamızın, güclü distribusiya şəbəkəmizin, kommunikasiya investisiyalarımızın və daim yenilənən məhsul portfelimizin nəticəsidir.

2026-cı ildə Azərbaycanda aparılan brend araşdırmasına əsasən, Ozmo uşaqlı analar arasında ən çox alınan şirin qəlyanaltı brendi olaraq birinci yerdə qərarlaşıb. Ozmo-nun yalnız yüksək tanınma səviyyəsinə malik olması deyil, eyni zamanda istehlakçıların etibar etdiyi və üstünlük verdiyi brendə çevrilməsi bizim üçün xüsusilə önəmlidir.

Bu güclü mövqeyi brendlərimizin 26 il ərzində formalaşdırdığı etibar, məhsullarımızın keyfiyyəti və daim yenilənən portfelimizlə möhkəmləndiririk. Yeni məhsullara yatırımlarımız və fasiləsiz marketinq kommunikasiyamız sayəsində Ozmo-nu və digər brendlərimizi Azərbaycanda daha da böyütməkdə qərarlıyıq”, – deyə Şölen Çikolata-nın CEO-su vurğulayıb.

Yeni məhsullar Ozmo-nun Azərbaycandakı inkişafında yeni mərhələ açır

Şirkətin Azərbaycanda marketinq investisiyalarını 360 dərəcə kommunikasiya yanaşması əsasında davam etdirdiyini bildirən Erdoğan Çoban qeyd edib:

“Ozmo brendini yeni məhsul və kateqoriyalarla davamlı şəkildə inkişaf etdiririk. İstehlakçı ehtiyaclarını, qəlyanaltı bazarında dəyişən trendləri və yeni istehlak vərdişlərini yaxından izləyirik. Mövcud portfelimizi genişləndirməklə yanaşı, fərqli format və kateqoriyalarda yeni inkişaf imkanları yaradırıq.

Məqsədimiz Ozmo-nu uşaqlar və ailələrlə mümkün qədər müxtəlif təmas nöqtələrində görüşdürməkdir. Televiziya, rəqəmsal platformalar, sosial media, influenserlərlə əməkdaşlıqlar, kontent layihələri, sahə aktivlikləri, tədbirlər və müxtəlif təcrübə formatlarını vahid brend dünyası ətrafında birləşdirərək ardıcıl və davamlı kommunikasiya qururuq.

Ozmo-nun yeni məhsul kateqoriyaları brendin Azərbaycandakı inkişafında yeni mərhələni təmsil edir. İnnovasiya yönümlü yanaşmamız çərçivəsində təqdim etdiyimiz yeniliklərlə həm portfelimizi genişləndirir, həm də uşaqların fərqli ehtiyaclarına və müxtəlif istehlak anlarına uyğun daha çox seçim təklif etməyi hədəfləyirik.

Televiziya və rəqəmsal kommunikasiyanı Ozmo üçün bir-birini tamamlayan vahid kommunikasiya ekosisteminin əsas hissələri hesab edirik. Məqsəd yalnız brendin görünürlüğünü qorumaq deyil, uşaqlar və ailələrlə davamlı və mənalı əlaqə yaratmaqdır. Buna görə də ənənəvi və rəqəmsal kanallardan birlikdə istifadə edir və kommunikasiya investisiyalarımızı kompleks yanaşma əsasında idarə edirik.

Beləliklə, Ozmo-nun qlobal miqyasda formalaşdırdığı güclü brend dünyasını Azərbaycandakı uşaqların və ailələrin gözləntilərinə uyğun təcrübə və təmas nöqtələri vasitəsilə onlara təqdim edirik”.

Uşaqlara etibarlı keyfiyyət və ləzzətlə yanaşı, onların inkişafını dəstəkləyən təhlükəsiz rəqəmsal dünya təqdim edirik

Erdoğan Çobanın sözlərinə görə, Ozmo sadəcə qəlyanaltı brendi kimi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirilir.

“Ozmo ilə ilk gündən etibarən diqqətimizi yalnız məhsul yaratmağa deyil, uşaqların dünyasını anlamağa və həmin dünyaya dəyər qatmağa yönəltmişik. Eyni zamanda valideynlərin də uşaqları üçün etibarla seçdiyi və ‘təsdiqlədiyi oyun yoldaşı’ olmağı hədəfləyirik.

Bu yanaşma illər ərzində Ozmo-nun həm məhsullarına görə seçilən, həm də uşaqlarla emosional bağ qurmağı bacaran güclü uşaq brendinə çevrilməsinə imkan verib. Ozmo-nun keyfiyyətli tərkibindən gələn ləzzəti oyun, əyləncə və macəra ilə bir araya gətiririk.

Bilirk ki, valideynlərin uşaqları üçün qəlyanaltı seçərkən məhsulun tərkibi və etibarlılığı əsas meyarlardandır. Uşaqlar üçün isə özlərini brendə yaxın hiss etmələri və brendin onlara təqdim etdiyi təcrübə daha çox ön plana çıxır. Məhz buna görə analarla kommunikasiyada keyfiyyətli və etibarlı tərkibi vurğulayır, uşaqları isə ləzzət, oyun, əyləncə və macəra dünyasına dəvət edirik.

Yeni Ozmo cizgi filmi seriyası ilə brendin personaj və hekayə dünyasını daha da genişləndiririk. Ozmo, Milo, Mila və Yumurtcan kimi özünəməxsus personajlara hər bölümə uyğun yeni köməkçi qəhrəmanlar əlavə olunur. Bununla da uşaqların maraqla izləyəcəyi daha zəngin, dinamik və canlı bir dünya formalaşdırırıq”, – deyə Erdoğan Çoban bildirib.

Ozmo Adventure Land Google Play-də ailə kateqoriyasında birinci yerdədir

Şölen Ozmo məhsullarını təhlükəsiz rəqəmsal platformalar, mobil oyunlar, cizgi filmləri və maarifləndirici məzmunlarla tamamlayaraq brendin uşaqların həyatında çoxşaxəli yer tutmasını hədəfləyir. Şirkət bu istiqamətdə müvafiq sahələr üzrə ixtisaslaşmış alim və pedaqoqlarla da əməkdaşlıq edir.

Uşaqların dünyasında fiziki və rəqəmsal təcrübələrin getdikcə daha çox bir-birinə inteqrasiya olunduğunu qeyd edən Erdoğan Çoban bildirib:

“Biz bu transformasiyanı erkən mərhələdə nəzərə alaraq Ozmo məhsullarını rəqəmsal təcrübələrlə birləşdirən, oyun və kodlaşdırma vasitəsilə uşaqların inkişafına töhfə verən innovativ model yaratdıq – Ozmo Adventure Land.

Ozmo Adventure Land qısa müddətdə uşaqların rəqəmsal dünyada sevdiyi platformalardan birinə çevrilib. Tətbiq Google Play və App Store-da mühüm nəticələr əldə edib. Bu gün onun qlobal miqyasda yüklənmə sayı 2,8 milyonu ötüb, gündəlik aktiv istifadəçilərinin sayı isə 12 500-dən çoxdur.

Təhlükəsiz məzmunu sayəsində Ozmo Adventure Land Google Play Store-da “Müəllimlər tərəfindən təsdiqlənmiş tətbiqlər” sırasına daxil edilib. Tətbiq valideynlər tərəfindən də yüksək qiymətləndirilib. Hazırda Google Play-də ailə kateqoriyasında birinci, Apple App Store-da isə “macəra” kateqoriyasında üçüncü yerdədir.

Yeni Ozmo cizgi filmi seriyası ilə brendin personaj və hekayə dünyasını daha da genişləndiririk”, – deyə Erdoğan Çoban bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!