“Sonuncu erməni Laçını tərk etdi” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Sonuncu erməni Laçını tərk etdi” - Video

Hadisə

30 Noyabr 2020 22:34 1719


İşğal etdikləri Laçın rayonunu dekabrın 1-də Azərbaycana qaytarmalı olan erməni ordusu və əhalisi artıq rayon ərazisini tərk edib.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni politoloq Edqar Elbakyan öz feysbuk səhifəsində yazıb. O, Laçından video paylaşaraq “30 noyabr, saat 18:00. Sonuncu erməni Laçını tərk edir” sözlərini yazıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndində Laçının dekabrın 1-də Azərbaycana təhvil verilməsi qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!