Şoyqudan ETİRAF: Rusiya Ukraynada dəhşətli raketdən istifadə edib

saytların hazırlanması

Evə çatdırılma

Şoyqudan ETİRAF: Rusiya Ukraynada dəhşətli raketdən istifadə edib

Dünya

22 Avqust 2022 12:19 2229


Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Kinjal” hipersəs raketlərindən Ukraynada üç dəfə istifadə edildiyini bildirib.

Yenisabah.az xəbər verir ki, Şoyqu “Rossiya-1” dövlət telekanalına açıqlamasında Ukraynadakı müharibə ilə bağlı məlumat verib.

Ukraynada “Kinjal” hipersəs raketlərindən istifadə etdiklərini xatırladan Şoyqu “Kinjal xüsusi hərbi əməliyyatımızda üç dəfə istifadə edilib və üç dəfə əla performans göstərib”, - sözlərini deyib.  pizza

Bu raketin xüsusiyyətlərinə malik ikinci raketin dünyada olmadığını bildirən Şoyqu raketin çox sürətli və təsirli imkanlara malik olduğuna diqqət çəkib.

Şoyqu bu raketlərin Ukraynadakı mühüm hədəflərə qarşı istifadə edildiyini bildirib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!