Soyuq hava Azərbaycanı cənginə aldı: Yağış, qar, şaxta...

saytların hazırlanması

Evə çatdırılma

Soyuq hava Azərbaycanı cənginə aldı: Yağış, qar, şaxta...

Sosial

17 Fevral 2024 12:20 11229


Fevralın 18-də havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.  Sezar pizza

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!