Sperma bankı: “Heç kim zəmanət verə bilməz ki, bacı-qardaş evliliyi baş verməyib“

saytların hazırlanması

Evə çatdırılma

Sperma bankı: “Heç kim zəmanət verə bilməz ki, bacı-qardaş evliliyi baş verməyib“

Sosial

26 Aprel 2022 17:00 1472


Sonsuzluq - bir çox ailələrin dağılmasına gətirən problem sayılır. Uşaq sahibi olmaq üçün cütlüklər bir çox üsula əl atır. Əsasən Qərb ölkələrində geniş yayılmış təcrübələrdən biri isə sperma bankına müraciət edərək övlad sahibi olmadır. Azərbaycanda bu proses Mərkəzi Klinikada həyata keçirilir. Məsələnin gündəmə gəlməsi cəmiyyətdə heç də birmənalı qarşlanmayıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri bu yanaşmanın doğru olmadığını bildirib.

“Sabah heç kim zəmanət verə bilməz ki, bacı-qardaş evliliyi və ya digər məsələlər baş verməyib. Ona görə buna heç bir halda haqq qazandırmaq mümkün deyil. pizza hut

Avropada bəzən ölmüş həkimin spermasından istifadə etməklə 40-dan çox övladı olub. Bunların hüquqi tərəfləri var. Bu səbəblərə görə yanaşmanın doğru olduğunu deyə bilmərəm. 

Allah Quranda deyib ki, “Allah istədiyinə övlad verər, istədiyinə qız və ya oğlan, birinə hər ikisini, digərini hər ikisindən məhrum edər”. Məhrum etmək o demək deyil ki, onlar uşaqsız qalırlar. Atılmış nə qədər uşaq var. Həmin uşaqları övladlığa götürmək daha məqsədəuyğundur, nəinki sperma bankından istifadə etmək”.

"Bu günah sayılırmı" sualına Elşad Miri belə cavab verib:

“Günah deməyə çəkinirəm, çünki Allah Qurani-Kərimin "ən-Nəhl" surəsinin 116-cı ayəsində deyir ki, "Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz".

Faktiki olaraq bu, doğru olmayan yanaşmadır, çünki sabah bəlli olmayan, ciddi problemlərə yol aça biləcək bir məsələdir. İslam hüququ ilə buna “Tədbir cərai” deyirlər, yəni  sabah baş verə biləcək pisliyin qarşısını öncədən almaq”.

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!