Stres, siqaret, enerji içkiləri... - Tələbə ölümlərinin səbəbi bilindi 

saytların hazırlanması

Evə çatdırılma

Stres, siqaret, enerji içkiləri... - Tələbə ölümlərinin səbəbi bilindi 

Sosial

16 Fevral 2024 13:04 1124


Som günlər tələbələr arasında ölüm halları artıb. Bu fakt cəmiyyətdə ciddi narahatlıq doğurur. 

Tələbələrin qəfil ölümünə səbəb nədir? 

Psixoloq Vüsalə Rüstəm “Yeni Sabah”a açıqlamasında ölkəmizin gələcəyi olan gəncləri ölümün ağuşuna itələyən səbəblər haqda danışıb:  pizza mizza

“Stres və sağlam olmayan həyat tərzi tələbələrin ürəktutmasından vəfat etməsinə səbəb olur. Sağlam olmayan həyat tərzi dedikdə enerji içkiləri, siqaret, uzun zaman kompüter və telefon arxasında oyunlar oynamaq nəzərdə tutulur. Bu vərdişlər beyin və ürək fəaliyyətinə öldürücü təsir göstərir”. 

Psixoloq qeyd edir ki, stabil olmayan psixika, dərslərin çoxluğundan yaranan gərginlik, qorxu da insan sağlamlığına vurulan zərbədir: 

“Şagirdlər məktəb zamanı stabil emosinal-psixi vəziyyətdə olurlar. Yəni gərginlik  və rahatlıq hissi stabil olur. Universitet zamanı isə bu vəziyyət dəyişir, gərginlik artır, üstəlik, dərs proqramının ağırlığı təşvişə səbəb olur.  Təşviş və qorxu beyin üzərində neqativ hisslərin yaranmasına səbəb gətirib çıxarır. Ürək döyüntüləri artır, qan dövranı pozulur və beyində pozuntular yaranır, nəticədə beyinin fəaliyyəti dayanır, klinik ölüm halı gerçəkləşir. Beyin qan dövranı pozulur. Belə vəziyyət və kompüter, telefonda uzunmüddətli oyunlar, enerji içkiləri ölümə səbəb ola bilir”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!