Su qurğusu oğurlamaq istədi

Su qurğusu oğurlamaq istədi

Sosial Veb saytların hazırlanması

11 Fevral 2019 15:39 583


Sabribadda su qurğularını oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney PB-yə ərizə ilə müraciət edərək ona məxsus 1ədəd su qurğusunun oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib. Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!