Süd qutularını atmayın - Evinizi belə sərin saxlaya bilərsiniz

saytların hazırlanması

Evə çatdırılma

Süd qutularını atmayın - Evinizi belə sərin saxlaya bilərsiniz

Maraqlı

02 Oktyabr 2026 09:19 89


Evdəki süd və şirə qutularını atmayın. Onlardan hazırlanan sadə üsul isti havalarda evləri bir neçə dərəcə sərin saxlaya bilir.

“Yeni Sabah” xəbər verir ki, Latın Amerikası və Karib hövzəsində həddindən artıq isti havalara qarşı ucuz və ekoloji üsul hazırlanıb. Təkrar emal edilmiş süd və meyvə şirəsi qutularından istifadə etməklə evlərin damında istilikdən qoruyan örtük yaradılıb. Tədqiqatçılar isti havaların xüsusilə yaşayış şəraiti zəif olan evlərdə yaratdığı problemi azaltmaq üçün damların soyudulmasının dörd fərqli üsulunu sınaqdan keçiriblər. Nəticədə ən sadə və sərfəli üsullardan birinin süd və şirə qutularından hazırlanmış örtük olduğu müəyyənləşib.

Qutuların içərisində olan nazik alüminium təbəqə günəş şüalarından gələn istiliyi geri qaytarır. Bununla da damın altında əlavə istilik təbəqəsi yaranır. Müəyyən saatlarda təbii havalandırma ilə birlikdə tətbiq edilən bu üsul evin içindəki temperaturu 3,1 dərəcəyə qədər aşağı salıb. Üstəlik, bu üsulun bir kvadratmetr üçün xərci 1 avrodan da azdır. Dördpendirli pizza

Tədqiqatçılar bu üsulun insanların özləri tərəfindən tətbiq edilə bilməsi üçün xüsusi quraşdırma təlimatı da hazırlayıblar. Dam örtüyünün evin ümumi tikinti xərcinin təxminən 5-10 faizini təşkil etdiyi nəzərə alınarsa, bu üsul xüsusilə gəliri az olan ailələr üçün daha əlçatan ola bilər.

Araşdırmada 2050-ci il üçün iqlim ssenariləri də nəzərə alınıb. Alimlərin hesablamalarına görə, havanın daha da istiləşəcəyi gələcək illərdə süd və şirə qutularından hazırlanan bu sadə örtük evlərin temperaturunu 3,3 dərəcəyə qədər aşağı sala bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!