Sülh müqaviləsi qapının ağzında: Ermənilərə etibar etmək olar?

saytların hazırlanması

Evə çatdırılma

Sülh müqaviləsi qapının ağzında: Ermənilərə etibar etmək olar?

Sosial

07 Oktyabr 2022 14:05 3768


Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması gündəmdədir. Yaxın aylarda, bəlkə də yaxın həftələrdə tərəflər arasında yekun sənədə imza atılacağı gözlənilir.

Lakin bununla paralel olaraq, Türkiyə-Ermənistan münasibətlərində də yumşalma hiss olunur. Rəsmi İrəvanın dünən yaydığı məlumatlara əsasən, iki ölkə rəhbərinin Praqada baş tutan görüşündə müəyyən razılıq əldə olunub. 

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, habelə erməni təxribatlarına son qoyulması hər kəsin ürəyincə olsa da, cəmiyyətdə müəyyən narahatlıq qalmaqdadır. pizza mizza

Ermənilərin xislətinə bələd olan insanlar hesab edir ki, bu xalqa güvənmək olmaz. Onlar ermənilərin gələcəkdə yenə də təxribatlara əl atacağına, o cümlədən günahsız insanların qanını axıdacaqlarını istisna etmirlər.

Məsələ ilə bağlı, tanınmış sosioloq-şair Əhməd Qəşəmoğlu Yenisabah.az-a açıqlamasında deyib ki, bütün tarix boyu ermənilər özlərini etibarsız tərəf kimi tanıdıb:

“|Müəyyən zaman çərçivəsində tərəflər arasında xoş münasibətlər, həmçinin, sülh danışıqları da yarana bilər. Amma bunu unutmaq olmaz ki, hər bir xalqın özünəməxsus xüsusiyyətləri var”.

Onun sözlərinə görə sülh münasibətlərinin olması mütləqdir:

“Gərginlik vəziyyətində heç zaman uğur əldə etmək mümkün deyil. Həmçinin, gərginlik baş verdiyi halda başqa maraqları olan dövlətlər də bu haldan sui-istifadə edir. Hər kəs istəyər ki, Cənubi Qafqazda sülh münasibətləri yaransın, Zəngəzur dəhlizi açılsın. Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan-Ermənistan məsələsi deyil. Bu məsələ bütün dünyaya öz təsirini göstərməkdədir”.

Ə.Qəşəmoğlu onu da vurğulayıb ki, sülh münasibətləri qurulan zaman biz burada gərginlik yaratmağa çalışan qüvvələri müəyyən etməliyik:

“Bu təhlükəli qüvvələr erməni diasporunda və ermənilərin içində yer alan ermənipərəstlərdə daha çox müşahidə edilir. Biz bu qüvvələrin neytrallaşması barədə tədbirlər həyata keçirməliyik. Mən çox istərdim ki, sülh müqaviləsi zamanı elmi əsaslarla qurulan fəaliyyət proqramı dərc edilsin və hər kəs öz üzərinə düşən vəzifəni bilsin”, - deyə o yekunlaşdırıb.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!