Sumqayıt bulvarının rəisi bu videoya görə işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt bulvarının rəisi bu videoya görə işdən çıxarıldı

Sosial

14 Aprel 2023 10:49 3312


görə, Sumqayıt Şəhər Bulvar İdarəsinin rəisi Yavər Vəliyev ötən gün Baku TV-nin Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkildiyinə dair hazırladığı süjet səbəbindən işdən çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev Oxu.az-a açıqlamasında bu barədə məlumatının olmadığını, gün ərzində məsələ ilə bağlı məlumat olarsa, ictimaiyyətə açıqlanacağını bildirib.

Xatırladaq ki, mövcud məsələ ilə bağlı bir neçə rəhbər şəxsin töhmət aldığı da iddia edilir. Dördpendirli pizza

Qeyd edək ki, süjetdə sakinlərin istirahəti üçün nəzərdə tutulan bulvar ərazisinə məişət tullantılarının da atıldığı bildirilib. Bu da öz növbəsində ətrafda pis qoxunun yayılmasına səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!