Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sumqayıt vaxtı ilə saat neçədir? – Oxucu məktubu
19 İyl 2021 09:24
4522

Sumqayıt vaxtı ilə saat neçədir? – Oxucu məktubu

Adətən dünyanın bütün şəhərlərində saat qüllələri ən dəqiq işləyən saatlar sayılır ki, insanlar da onlara uyğun saatlarını tənzimləyirlər. Londonun rəmzi olan Big Ben, Adanada Böyük saat, elə Bakı bulvarındakı məhhur Saat Qülləsi də bu qəbildəndir.

Qüllə saatlar bir qayda olaraq şəhərə yaraşıq verir, görüş yeri sayılır, həmçinin bir qayda olaraq şəhərin görməli yelərində ucaldılır ki, insanlar praktik baxımdan da ondan yararsınlar, saatın neçə olmasını uzaqdan belə görə bilsinlər və istiqaməti düzgün müəyyən etsinlər.

Bir çox şəhərlərdə hətta saat qüllələri, saatdan çox  (çoxu telefonunda saata baxa bilər) şəhərin vizit kartı,  turistlər üçün görməli yeri sayılır. Sumqayıtda da bir neçə saat qülləsi var ki, onlar Big Ben kimi arxitektura abidəsi baxımından möhtəşəm, qədimi olmasa da hər halda sakinlər üçün əhəmiyyət daşıyır. Hər halda onlara büdcədən  külli miqdarda  vəsait xərclənib və xərclənir.

Ancaq Sumqayıtda, bütün dünyanın əksinə olaraq şəhərin ən əsas, ən dəqiq saatı sayıla biləcək saatları, ən səhv işləyənlərdir və ya ümumiyyətlə işləmirlər.

Saat qülələrinin hər 3-ü şəhərin gözəgəlimli yerində; biri Sülh küçəsində, düz şəhərin girəcəyində( Avovağzal ilə üzbəüz), 2-ci onun yaxınlığında 36-cı məhəllədə,yolun kənarındakı binanın üstündədir, 3-cüsü  isə 9-cu mirorayondakı Heydər Əliyev parkının girəcəyindədir. (Hündürlüyü 8 metrdir).

Bu saatlardan 1-ci ümumiyyətlə çoxdandır işləmir, 2-ci səhv işləyir 5-10 dəqiqə, Heydər Əliyev parkındakı isə saatın elektron monitoru pozulub, 1 saatdan çox geri qalır, düz işləmir. Və bu uzun müddətdir ki, belədir.

Əlbəttə saat problem ola bilsin qlobal problem deyil və Sumqayıtda kifayət qədər həllini gözləyən başqa problemlər də var. Amma  bu da  göstəricisir.

Əgər bu saatlar işləməyəcəksə və səhv işləyəcəksə onda onda saat qüüləsinin inşa edilməsinin nə mənası var idi?!

Ümumiyyətlə aidiyyatlı qurumlar üçün usta-mütəxəssis  tapıb saatları düzəltdirmək və bunu nəzarətdə saxlamaq nə qədər çətindir?!

 

Sumqayıt vaxtı ilə saat neçədir? – Oxucu məktubu
Sumqayıt vaxtı ilə saat neçədir? – Oxucu məktubu
Sumqayıt vaxtı ilə saat neçədir? – Oxucu məktubu
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər