Sumqayıtda avtomobil piyadanı vurub öldürdü

Sumqayıtda avtomobil piyadanı vurub öldürdü
Sent 11, 2019 00:30
Oxunma sayı: 41

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib.

"Yeni Sabah" "APA"ya istinadən xəbər verir ki, axşam saatlarında avtomobil yolunu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Quliyeva Adilə Baydulla qızını maşın vurub. 

Qəza nəticəsində ağır  xəsarətlər alan piyada Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 74  yaşlı qadını xilas etmək mümkün olmayıb və o xəstəxanada ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktlıa bağlı araşdırma aparılır.

Yenisabah.az