Sumqayıtda iki maşın toqquşdu, xəsarət alan var

Sumqayıtda iki maşın toqquşdu, xəsarət alan var
Sent 15, 2019 19:53
Oxunma sayı: 68

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "APA"ya istinadən xəbər verir ki , qəza şəhərin Sahil küçəsində Corat qəbiristanlığının qarşısında qeydə alınıb.

"Hyunday" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ 2107" markalı avtomobili sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Yenisabah.az