Sumqayıtda minlərlə abonentin qazı kəsiləcək

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda minlərlə abonentin qazı kəsiləcək

Sosial

30 Mart 2024 14:47 455


Aprelin 1-də Sumqayıt şəhərində 5 300 abonentə təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə "Report"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, buna səbəb şəhərin Köhnə Corat və Təzə Corat qəsəbələri ərazisində qeyri-qanuni birləşmələrin ləğvi, “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının aradan qaldırılmasıdır. Odur ki, bazar ertəsi saat 10:00-dan işlər yekunlaşana qədər qaz təchizatında məhdudiyyətlər olacaq. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!