Sumqayıtda zibil yandıran şəxs 600 manat cərimələndi
14 İyl 2020 15:49
179

Sumqayıtda zibil yandıran şəxs 600 manat cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Sumqayıt şəhərində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə tədbir keçiriblər.

Yenisabah.az nazirliyə istinadən xəbər verir ki, keçirilmiş tədbirlər zamanı Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birinin yaxınlığında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə şəhər sakini M.Göyçayev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilərək 600 manat cərimə olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər