Süni intellektli robotlar müharibəyə göndərilir – Trampın oğlu da alacaq

saytların hazırlanması

Evə çatdırılma

Süni intellektli robotlar müharibəyə göndərilir – Trampın oğlu da alacaq

Dünya

21 İyul 2026 19:32 117


ABŞ-nin "Foundation Future Industries" şirkətinin hazırladığı və Ukraynada sınaqdan keçirilən süni intellektlə idarə olunan humanoid robotların yaxın illərdə silahlandırılaraq döyüş əməliyyatlarında istifadə edilməsi planlaşdırılır.

"Yeni Sabah" xəbər verir ki, şirkətin baş direktoru Sanket Patak bildirib ki, "Phantom" adlı robotların silahlandırılması ilə bağlı sınaqlara 2027-ci ilədək başlanması nəzərdə tutulur. Hazırda robotlar Ukraynada keçirilən pilot proqramlarda uğurla sınaqdan çıxarılıb.

Şirkət rəsmisinin sözlərinə görə, bu robotlar insan əsgərləri əvəz etmək üçün deyil, onların üzərinə düşən ən təhlükəli tapşırıqları yerinə yetirmək məqsədi daşıyır. Onların kəşfiyyat, binaların yoxlanılması, sursat və avadanlıqların daşınması kimi riskli əməliyyatlarda istifadə olunması planlaşdırılır. Marqarita pizza

Patak qeyd edib ki, humanoid robotların əsas üstünlüyü hava zərbələrinin həyata keçirə bilmədiyi yüksək dəqiqlikli əməliyyatları icra etməsidir. Bu, xüsusilə mülki şəxslərin itkilərinin və infrastrukturun zədələnməsinin minimuma endirilməsinə kömək edə bilər.

BMT isə tam avtonom silah sistemləri ilə bağlı narahatlığını ifadə edib. Təşkilatın Baş katibi Antonio Quterreş insan nəzarəti olmadan hədəf seçərək öldürə bilən sistemləri "qatil robotlar" adlandırıb və onların beynəlxalq səviyyədə qadağan olunmasına çağırıb.

Şirkətin məlumatına görə, "Phantom" robotları adi çat-botlardan fərqli olaraq "dünya modeli" adlanan süni intellekt texnologiyası ilə işləyir. Bu sistem ətraf mühiti analiz edərək obyektlərin və hadisələrin necə dəyişəcəyini əvvəlcədən proqnozlaşdıra bilir.

Hazırda şirkət daha dayanıqlı "Phantom 2" modelini hazırlayır. Yeni robotun 80 kiloqrama qədər yük daşıya biləcəyi, toz və suya davamlı olacağı, zərbələrə qarşı müqavimətinin isə xeyli artırılacağı bildirilir.

Şirkət bu robotları hərbi və kommersiya müştərilərinə illik təxminən 100 min ABŞ dolları müqabilində icarəyə təqdim edir. Layihənin investorları arasında ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp və bir sıra  investisiya fondları da yer alır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!