Suraxanı icra başçısı sakinlərlə görüşdü, tapşırıqlar verdi - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Suraxanı icra başçısı sakinlərlə görüşdü, tapşırıqlar verdi - Fotolar 

Sosial

02 Fevral 2024 12:16 678


Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir. 

Yenisabah.az xəbər verir ki, RİH başçısı növbəti dəfə 208 nömrəli tam orta məktəbdə Bülbülə qəsəbəsinin sakinləri ilə görüşüb.

Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

RİH başçısı Əziz Əzizov çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!