Suraxanıda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirildi - Fotolar

Sosial

13 May 2022 17:50 368


Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirlər A.Səfərov adına 114 saylı və N.Əliyev adına 282 saylı tam orta məktəblərdə təşkil olunub. 

Yenisabah.az xəbər verir ki, tədbirlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə şagirdlərə cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığı, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığı diqqətə çatdırılıb, eləcə də şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunub. Pepperoni pizza

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dövlətimiz tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daima işlər aparıldığını bildirib. O, qeyd edib ki, bu sahədə Proqramların qəbul edilməsi, BMT-nin mövcud məsələ ilə bağlı qəbul etdiyi Konvensiyalara qoşulması, yeni qanunların qəbul olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu bir daha nümayiş etdirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!