Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar 

Sosial

30 Dekabr 2023 16:29 556


Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. 

Yenisabah.az xəbər verir ki, vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanda 2200 kv/m asfalt örtüyü salınır. 

Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.  Marqarita pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!