Suraxanıda sakinlərlə növbəti görüş keçirildi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda sakinlərlə növbəti görüş keçirildi - Fotolar

Sosial

11 Mart 2022 13:56 366


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hövsan qəsəbəsinin sakinləri ilə görüş keçirib.

Yenisabah.az xəbər verir ki, E.Səfərov adına 118 saylı tam orta məktəbin akt zalında 140 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən danışaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verib. Dominos pizza

Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə görə təşəkkürünü bildirən sakinlərin müraciətlərinə aydınlıq gətirilmiş, qaldırılan bir sıra məsələlər nəzarətə götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!