Suraxanıda şəhid doğum günündə anıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar

Sosial

31 Yanvar 2022 17:16 955


Vətən torpaqlarının düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri əsgər Babayev Fərhad Məhərrəm oğlunun doğum günündə anılıb.

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəhidin ailəsini ziyarət ediblər.

1992-ci ilin bu günündə dünyaya göz açan Şəhidin keçdiyi şərəfli ömür yolundan söz açılaraq ruhuna dualar edilib, xatirəsi qürurla yad olunub. pizza

Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır. 

Qeyd edək ki, Şəhidimiz Fərhad Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!